Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Bu çərçivədə dekabrın 12-də respublikanın müxtəlif bölgələrində — əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.
Modern.az-ın məlumatına görə, Vəngli kəndinə bu mərhələdə 16 ailə, ümumilikdə 76 nəfər köçürülür. Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirərək, bu yolda canlarını fəda edən şəhidlərimizi ehtiramla yad ediblər. (Mənbə: Azərtac)
