ABŞ-ın Aİ-də siyasi tarazlığı dəyişdirməyə yönəlmiş gizli strategiya hazırladığı iddia olunur — YENİLƏNMIŞ BAŞLIQ

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Avropa İttifaqında (Aİ) siyasi balansı köklü şəkildə dəyişdirmək üçün hərtərəfli strategiya hazırladığı barədə iddialar yayılıb.

Publika.az-ın məlumatına görə, “Defense One” portalı sızdırılmış gizli sənədə əsaslanaraq iddia edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası “Avropanı Yenidən Böyük Et” adlı plan üzərində işləyir. Həmin plan çərçivəsində Avstriya, İtaliya, Macarıstan və Polşanın Aİ-dən uzaqlaşdırılması və Vaşinqtona daha da yaxınlaşdırılması hədəflənir.

İddialara görə, bu ölkələr Trampa yaxın münasibətləri olan liderlər tərəfindən idarə olunur. Əsas diqqət isə Macarıstanın Baş naziri Viktor Orban və Polşa Prezidenti Karol Navrotski ilə sıx təmasların gücləndirilməsinə yönəldilir.

Məlumat Avropa mətbuatında geniş rezonans doğurub. Bununla belə, Ağ Ev yayılan iddiaları qəti şəkildə təkzib edib.