Putin: BMT dünyada maraqlar balansını təmin edən yeganə mexanizmdir

Azərbaycan.media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) öz missiyasını ləyaqətlə yerinə yetirir və beynəlxalq maraqlar balansının qorunmasına xidmət edən yeganə mexanizm olaraq qalır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Aşqabadda çıxışı zamanı bildirib.

“80 il əvvəl yaradılan bu qurum öz missiyasını ləyaqətlə yerinə yetirməyə davam edir və əslində, beynəlxalq maraqlar balansını təmin etməyə imkan verən unikal, çox vaxt yeganə mexanizmdir”, – deyə Putin vurğulayıb.