Leyla Əliyeva 5 saylı Uşaq Vərəm Sanatoriyasında yaradılan şəraitlə tanış olub

Azərbaycan.media xəbər verir ki, dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət ediblər.

Ziyarət zamanı müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.

Səhiyyə naziri Teymur Musayev ölkədə uşaq sağlamlığının qorunmasına yönəlmiş layihələrə göstərilən davamlı dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib - FOTO