2026-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqləndi

Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimini təsdiq edib. Bu barədə nazirlik məlumat yayıb.

Qərara əsasən, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına uyğun olaraq, gələn il aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il

20 yanvar – Ümumxalq Hüzn Günü

8 mart – Qadınlar Günü

20–24 mart – Novruz bayramı

20, 21 mart – Ramazan bayramı

9 may – Qələbə günü

27, 28 may – Qurban bayramı

28 may – Müstəqillik Günü

15 iyun – Milli Qurtuluş Günü

26 iyun – Silahlı Qüvvələr Günü

8 noyabr – Zəfər Günü

9 noyabr – Dövlət Bayrağı Günü

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Beşgünlük iş həftəsində 9, 25, 26, 27, 30 mart, 11 və 29 may, həmçinin 10 noyabr tarixləri; altıgünlük iş həftəsində isə 25, 26 mart, 29 may10 noyabr istirahət günləri olacaq.

Nazirlik bildirir ki, 2026-cı il 365 gündən, fevral ayı isə 28 gündən ibarət olacaq. Beşgünlük iş həftəsində:

241 iş günü,

107 istirahət günü,

19 bayram günü,

1 Ümumxalq Hüzn Günü nəzərdə tutulur.

40 saatlıq iş həftəsi üzrə 2026-cı il üçün illik iş vaxtı norması 1922 saat təşkil edir. Bayramqabağı və Hüzn günü qabağı iş günlərində iş saatları ənənəvi qaydada bir saat azaldılır.

Nazirlik qeyd edir ki, hər il üçün təsdiq edilən istehsalat təqvimləri qurumun rəsmi saytında yerləşdirilib.