Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni məlumat açıqladı

Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi müharibənin 1387-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə növbəti statistik məlumatı yayıb. Bu barədə qurumun rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.

Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinə məxsus geniş sayda hərbi texnika məhv edilib:

669 təyyarə,

283 helikopter,

101 909 pilotsuz uçuş aparatı,

639 zenit-raket kompleksi,

26 495 tank və digər zirehli texnika,

1 628 reaktiv yaylım atəş sistemi,

31 844 artilleriya qurğusu və minaatan,

48 815 müxtəlif tipli hərbi nəqliyyat vasitəsi.

Qeyd edək ki, açıqlanan rəqəmlər Rusiya tərəfinin rəsmi məlumatıdır.