Azərbaycan.media xəbər verir ki, Ukraynada prezident seçkiləri keçiriləcəyi halda Vladimir Zelenskiyə rəqib ola biləcək daha bir namizədin adı açıqlanıb.
Politoloq Dmitri Juravlev “Lenta.ru”ya açıqlamasında Ukraynanın baş naziri Yuliya Sviridenkonun da prezident postuna iddialı olduğunu bildirib. Onun sözlərinə görə, Zelenskinin əsas rəqibi kimi göstərilən Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeriy Zalujnı bu siyahıda tək deyil.
“Yuliya Sviridenko ABŞ-ın, Zalujnı isə Böyük Britaniyanın maraqlarını təmsil edir. Hesab edirəm ki, Sviridenkonun qalib olmaq şansı daha yüksəkdir. O, hərbi əməliyyatları əvvəlki kimi davam etdirməyəcək, çünki insanlar münaqişədən ciddi şəkildə yorulublar”, – politoloq bildirib.
Ekspert Zelenskinin seçkilərdə iştirak edəcəyini ehtimal etsə də, Ukrayna siyasi ənənəsində prezidentlərin adətən yalnız bir müddət hakimiyyətdə olduqlarını xatırladıb. Juravlev qeyd edib ki, Leonid Kuçma iki müddət prezident olsa da, onun ikinci dövrü olduqca çətin keçmişdi.
