Azərbaycan.media xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi lord Con Alderdays ilə görüş keçirib.
Görüş barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsində paylaşım edib.
Səfir bildirib ki, Böyük Britaniyanın tibb, həyat elmləri və səhiyyə sahəsindəki təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verə bilər.
“Lord Con Alderdaysın səhiyyə naziri Teymur Musayevlə görüşündə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə etdik”, – paylaşımda vurğulanıb.
Oxundu: 9
