Azərbaycan.media xəbər verir ki, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov paytaxt Sofiyada davam edən kütləvi etiraz aksiyaları fonunda istefa verdiyini açıqlayıb. Bu barədə APA Bolqarıstan mediasına istinadən məlumat yayıb.
Məlumata görə, uzun müddətdir ölkə üzrə on minlərlə etirazçı hökuməti genişmiqyaslı korrupsiyada ittiham edərək Jelyazkovun istefasını tələb edirdi. Etirazçıların sayının yalnız paytaxt Sofiyada 150 minə qədər olduğu bildirilir.
Ümumilikdə Bolqarıstanın 25 şəhərində hökumət əleyhinə aksiyalar keçirilir.
Oxundu: 7
