Məşhur müğənni Zahidə Məmmədsalahova vəfat edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın bir zamanlar məşhur müğənnisi Zahidə Məmmədsalahova dünyasını dəyişib.  Sənətçi uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd olunur ki, Zahidə Məmmədsalahova “Nigar” Qızlar Ansamblına rəhbərlik edib. Həmin ansambl zamanının məşhur musiqi qrupu hesab olunurdu və burada bir çox tanınmış müğənnilər çıxış ediblər.