Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Azərbaycan.media xəbər verir ki, Macarıstan Prezidenti Tamaş Şuyok Budapeştdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, təhsil və digər sahələrdə strateji tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.