Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış ehtimalı var. Gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.
Ölkənin digər rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi şərq rayonlarında isə arabir yağıntılar müşahidə ediləcək, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə havanın temperaturu 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə isti olacaq.
