Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun təşkil etdiyi “İncəsənət” Uşaq Festivalında tanınmış vokal müəllimi, Əməkdar artist Aybəniz Haşımovanın tələbələri növbəti dəfə yüksək nəticə əldə ediblər.
Aybəniz Haşımova Azərbaycan.media.az-a bildirib ki, onun tələbələri – Nərmin Nərimanlı, Davud Nəsəvli və Raul Hüseynov – akademik vokal üzrə öz yaş qruplarında I yerə layiq görülüblər.
Gənc ifaçıların bu uğuru müəllimləri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Aybəniz Haşımova həmin qürurverici nəticəni sosial şəbəkə hesabında paylaşaraq yazıb:
“Onların hər birini ürəkdən təbrik edirəm! Əməkləri, zəhmətləri, sevgiləri və istedadları mükafatını aldı. Əziz övladlarım, sizinlə qürur duyuram!”
Qeyd edək ki, bir müddət əvvəl də Əməkdar artistin daha iki tələbəsi ABŞ-da keçirilən 9-cu Florida Keys Beynəlxalq Musiqi Müsabiqəsində qalib olmuşdu.
