Azərbaycan.media xəbər verir ki, Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Səhər saatlarında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ədalət Bayramovanı çörək daşıyan avtomobil vurub.
Qadın aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
