🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı il ərəfəsində üç bürcü maddi sıçrayış gözləyir – Astroloqlar xəbərdar edir

Azərbaycan.media xəbər verir ki, astroloqlar ilin son aylarında bəzi bürclər üçün güclü pul enerjisi axınının formalaşacağını, gözlənilməz gəlir, maaş artımı və borcların bağlanması kimi imkanların yaranacağını bildirirlər. 2026-cı ilə sayılı aylar qalmış xüsusilə üç bürcün maliyyə vəziyyətində ciddi dönüş nöqtəsi proqnozlaşdırılır.

Buğa – Gözlənilməz qazanc dalğası
Buğalar il bitmədən maliyyə baxımından yüngülləşmə yaşayacaq. Gecikmiş ödəniş, təzminat, bonus və ya əlavə gəlir qapısının açılması ehtimalı yüksəkdir. Bir çox Buğa bürcü nümayəndəsi uzun müddətdir bağlamaq istədiyi borcu nəhayət ödəyə biləcək.

Şir – Maaş artımı və işdə yüksəliş
Şirlər üçün ilin sonu karyera baxımından aktiv dövr olacaq. Rəhbərlikdən dəyərləndirilmə, maaş artımı və ya gəlirli əməkdaşlıq təklifləri real görünür. Ay tamam olmadan maddi vəziyyətdə gözlə görülən irəliləyiş yaşana bilər.

Oğlaq – Sərmayələrin bəhrəsi görünür
Oğlaqlar üçün yatırımların geri dönüşü vaxtına düşür. Uğurlu satış, gəlirli müqavilə, iş dəyişikliyi və ya gözlənilən pul axını maddi sıçrayış yaradacaq. Hazırda çətinlik yaşayan Oğlaq bürcü nümayəndələri üçün vəziyyətin müsbətə doğru dəyişməsi mümkündür.