Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar–noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1 milyard 490 milyon 515 min 800 manat təşkil edib.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı da artıb – bu rəqəm 3,2 faiz yüksələrək 3 159,8 manat olub.
