Azərbaycan.media xəbər verir ki, Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi NATO ilə videokonfrans zamanı Çin və Rusiya arasında təhlükəsizlik sahəsində artan gərginliklə bağlı “ciddi narahatlığını” ifadə edib.
“Bloomberg”in məlumatına əsasən, Koidzumi NATO-nun baş katibi Mark Rutte və İtaliyanın müdafiə naziri Qvido Krozettoya Çinin Yapon qırıcılarına qarşı atəşə nəzarət radarlarından istifadə etməsi, həmçinin Çin və Rusiya bombardmançılarının Okinavanın cənubunda həyata keçirdiyi birgə uçuşlarla bağlı məlumat verib. Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazir videokonfrans zamanı NATO ilə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş niyyətini də təsdiqləyib. O qeyd edib ki, Tokio mövcud vəziyyətin “sakit, lakin qətiyyətlə” həll olunmasını zəruri sayır.
Məlumata görə, bu mövqe Yaponiyanın beynəlxalq ictimaiyyətin daha geniş dəstəyini qazanmaq səylərinin tərkib hissəsidir.
