Türkiyə- Azərbaycan arasındakı mədəni, ədəbi əlaqələrinin yaranması,körpülərin qurulmasında, möhkəmlənməsində qələm adamlarının çox böyük zəhməti və sevgisi əsas rol oynayır.Hər iki qardaş ölkənin irəli sürdüyü ortaq layihələr,kitablar bu baxımdan daha önəmlidir. Azərbaycan.media xəbər verir ki, Bu yaxınlarda Türkiyəli şair Fethi Akının həm Anadolu,həm də Azərbaycan türkcəsinin yer aldığı “Kimliksiz sokaklar” (“Adsız küçələr”) kitabı çapdan çıxıb və oxucuların diqqətini çəkib.Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər yer tutur.Kitabı Azərbaycan türkcəsinə AYB SUmqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin uyğunlayıb.Redaktoru yazıçı,ssenarist,kultroloq Hafiz Ataxanlı,korrektoru isə şair,yazıçı,tərcüməçi Rəfiqə Şəmsdir.Kitabda şairin doğma şəhərimiz Sumqayıta həsr etdiyi “Sumqayıt” şeiri də yer alır.
Mənbə: Azərbaycan.media

