Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.
Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 noyabr 2025-ci il tarixinə muxtar respublikanın əhalisi bir il əvvəllə müqayisədə 1 727 nəfər və ya 0,4 faiz artaraq 472 336 nəfərə çatıb.
Qurum qeyd edib ki, əhali artımı təbii artımın müsbət dinamikası ilə əlaqədardır.
Oxundu: 7
