Azərbaycan.media xəbər verir ki, bu gün Abşeron rayonunun müəyyən hissələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Azərişıq ASC-dən verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində planlı təmir işləri aparılacaq. Bu səbəbdən saat 11:00-dan 13:00-a qədər Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsi, Kənd Xırdalan və Narlıq yaşayış massivləri, həmçinin Masazır qəsəbəsinin Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı təmin ediləcək.
Oxundu: 46
