Azərbaycan.media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 dekabr tarixlərində Türkmənistana iki günlük səfər edəcək. Bu barədə Türkiyə Kommunikasiyalar Direktorluğu rəhbəri Burhanəddin Duran məlumat verib.
Səfər çərçivəsində Türkiyə lideri “Beynəlxalq sülh və etimad ili”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edəcək və forum zamanı çıxış edəcək.
R. Ərdoğanın səfəri zamanı Aşqabadda dövlət və hökumət başçıları ilə görüşləri də planlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putinin də həmin forumda iştirak etmək üçün Aşqabaya gedəcəyi açıqlanıb.
Oxundu: 4
