Pirallahıda yanğın: DYP əməkdaşları fiziki məhdudiyyətli qadını xilas etdi

Azərbaycan.media xəbər verir ki, ötən gün Pirallahı rayonu ərazisində yerləşən mənzillərdən birində baş verən yanğınla bağlı görüntülər yayılıb.

Məlumata görə, yanğın zamanı həmin ərazidə xidmət aparan Yol Polisi əməkdaşları dərhal müdaxilə edərək mənzilə daxil olublar. Polis əməkdaşları köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını alovun içindən xilas etməyə nail olublar.

Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.