Ölkədə yağıntılı hava davam edir: Bir çox bölgələrdə yağış, Şahdağda qar

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 10-u saat 13:00-a olan faktiki hava məlumatını açıqlayıb.

Məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, həmçinin Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba və Qusarda yağış müşahidə olunur. Şahdağda isə qar yağır.

Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay və Lerikdə duman qeydə alınıb.