Lavrovdan sərt xəbərdarlıq: “BMT-ni ATƏT-in taleyi gözləyə bilər”

Azərbaycan.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında Hökumət Saatında çıxışı zamanı BMT-nin gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Nazirin sözlərinə görə, BMT-nin ATƏT-in taleyini yaşamaması üçün təşkilatın gələcək fəaliyyət istiqamətlərinin ciddi şəkildə nəzərdən keçirilməsi zəruridir.

“Biz BMT-dən birtərəfli oyunu dayandırmağı, katibliyin fəaliyyətinin “ukraynalaşdırılması”na son qoyulmasını tələb edəcəyik. Hazırda rəhbər vəzifələrin qərb ölkələri tərəfindən faktiki olaraq özəlləşdirilməsi və siyasətin NATO və Avropa İttifaqı üzvləri tərəfindən diktə olunması yolverilməzdir”, – Lavrov bildirib.

O əlavə edib ki, BMT-də siyasi, sülhməramlı və humanitar məsələlərin idarə olunması əsasən Qərb ölkələrinin nəzarəti altındadır.