Azərbaycan.media xəbər verir ki, Mərakeşin Fes şəhərində iki dördmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 19 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerəl KİV-lərin məlumatına görə, dağıntıların səbəbi hələlik açıqlanmayıb. Hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatları davam etdirilir.
Rəsmi qurumlar əlavə məlumatların araşdırıldığını bildiriblər.
