ABŞ EIA 2025-ci il üçün “Brent” neftinin qiymət proqnozunu artırıb

Azərbaycan.media xəbər verir ki, ABŞ Energetika Nazirliyinin (EIA) Enerji İnformasiya İdarəsi 2025-ci il üçün “Brent” markalı xam neftin orta qiymət proqnozunu 68,76 dollardan 68,91 dollara yüksəldib, bu da 0,22% artım deməkdir.

Hesabatda bildirilir ki, qlobal neft ehtiyatlarının artması qiymətlərə ciddi təzyiq göstərəcək və “Brent” neftinin qiyməti 2025-ci ilin birinci rübündə 55 dollara qədər düşə bilər. 2026-cı ildə isə qiymətlərin bu səviyyələrə yaxın qalacağı proqnozlaşdırılır. EIA-nın proqnozuna görə, 2026-cı ildə “Brent” neftinin orta qiyməti barel üçün 55,08 dollar təşkil edəcək.

EIA həmçinin bildirir ki, OPEC+ hasilat siyasəti və Çinin ehtiyatları artırması qiymət enişlərinin qarşısını almağa kömək edəcək. Hesabata əsasən, OPEC+ plandan gündə 1,3 milyon barel az hasilat edəcək.