Azərbaycan.media xəbər verir ki, Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda “An-22” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Əvvəlki məlumatlara görə, təyyarədə yeddi ekipaj üzvü olub və onların taleyi barədə məlumat yox idi. “Shot” Telegram kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər. Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub və qəzanın səbəbləri araşdırılırdı.
Son açıqlamaya görə, Rusiya İstintaq Komitəsi bütün ekipaj üzvlərinin həlak olduğunu təsdiqləyib. Qəza ilə bağlı uçuşa hazırlıq qaydalarının pozulması faktı ilə cinayət işi açılıb.
Oxundu: 10
