Azərbaycan.media xəbər verir ki, hazırda Bakıda müşahidə olunan yağışlı hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saat-a endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verib.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişikliklər edib və bütün tablolar üzərində “sürüşkən yol” işarəsi yerləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə ciddi əməl etmələri xahiş olunur.
Oxundu: 5
