Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycan.media xəbər verir ki, Albaniyada baş verən bədbəxt hadisə nəticəsində 25 yaşlı azərbaycanlı dənizçi Əvəz Cəfərov ölüb.

Hadisə Panama bayrağı altında üzən “Kybele” gəmisində yük boşaldılması zamanı baş verib. Əvəz Cəfərov cərəyan vurması nəticəsində həyatını itirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi də baş verən hadisə ilə bağlı məlumat yayıb.