Azərbaycan.media xəbər verir ki, jurnalist Əvəz Zeynallının həyatında çətin bir dövr başlayıb.
Qanun nəşriyyatının rəhbəri, yazıçı Şahbaz Xuduoğlu deyir:
Əvəzi son zamanlar rəngi qaralmış, saçı seyrəlmiş gördüm. Kimyaterapiya onu halsız edir, zəiflədir, lakin bir neçə gün sonra kimyanın təsiri tədricən azalır və onun gücü bərpa olunmağa başlayır.
Əvəz Zeynallının diaqnozu bağırsaq xərçəngidir. 2025-ci ilin aprelindən Türkiyədə müalicələrə başlayıb və indiyədək 13 kimyaterapiya kursu keçib. Həkimlərin tövsiyəsinə görə, daha 4 kimyaterapiya kursu var – yalnız bundan sonra yeni analizlərin nəticələrinə əsasən müalicəyə davam ediləcək.
Müasir tibb bu xəstəliklərə qalib gələ bilər, lakin xərci çox yüksəkdir. Bir jurnalist, bir qələm sahibi təkbaşına bu xərci qarşılayamaz; mərhəmətli insanların və xalqın dəstəyi həyati əhəmiyyət daşıyır. Məbləğindən asılı olmayaraq, Əvəz Zeynallı sizin köməyinizə ehtiyac duyur. İllərlə ömrünü mətbuata həsr etmiş insanı bu mübarizədə tək qoymayaq.
Əlavə dəstək üçün:
Kapitalbank, Avaz Zeynalov, Kart nömrəsi: 4169 7388 1844 0400
Rahatlıq üçün kart nömrəsini ilk şərhdə də təkrar qeyd edirik.
Mənbə: Azərbaycan.media
