Bakıxanovda baş verən partlayışda bir nəfər həlak olub

Azərbaycan.media xəbər verir ki, Bakının Bakıxanov qəsəbəsindəki evdə baş verən partlayış nəticəsində zərərçəkənlərdən biri dünyasını dəyişib.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, zərərçəkən anesteziologiya və reanimasiya şöbəsinə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması və üz ilə ətraflarda ikinci dərəcəli yanıq xəsarətləri ilə gətirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilib ki, həlak olan şəxs partlayış baş verən mənzildə usta kimi çalışırmış.