Zərdabda ağır qəza: xanəndə Məftun Məmmədovun atası və övladı həlak olub

Azərbaycan.media xəbər verir ki, Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsinin xanəndə Məftun Məmmədovun iştirakı ilə baş verdiyi məlum olub. Modern.az-ın məlumatına görə, “Muğam müsabiqəsi”nin iştirakçısı olan Məftun Məmmədovun idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində xanəndənin atası İntiqam Məmmədov və azyaşlı övladı Tunar Məmmədov həyatını itirib.

Azərbaycan.media xəbər verir ki, bu gün daha əvvəl yayılan məlumata görə, Zərdab–Kürdəmir avtomobil yolunda hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.