“BakuBus” azad edilmiş ərazilər üçün 16,6 milyon manatlıq elektrik avtobusları alır Azərbaycan.media xəbər verir ki, “BakuBus” MMC işğaldan azad edilmiş ərazilərdə istifadə olunmaq üçün 16,676 milyon manat dəyərində elektrik mühərrikli avtobuslar alır. Report-un məlumatına görə, nəqliyyat vasitələrinin alınması birbaşa satınalma yolu ilə həyata keçirilib. Şərtlərə əsasən, avtobuslar İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi Sumqayıt Sənaye Parkının rezidenti – Çinin BYD markalı avtobuslarının yığımı ilə məşğul olan “Azerbaijan Energy Automotive Factory” MMC-dən alınacaq. Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory”yə rezident statusu bu ilin martında Çinin BYD şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində verilib. Müəssisə 12 metr uzunluğunda “K9UD” model avtobuslar istehsal edir və illik gücü 500 ədəd avtobus təşkil edir. İlkin mərhələdə istehsal olunacaq elektrik mühərrikli avtobuslar ölkənin daxili tələbatını qarşılamaq üçün istifadə ediləcək, növbəti mərhələdə isə ixracı planlaşdırılır.

Azərbaycan.media xəbər verir ki, “BakuBus” MMC işğaldan azad edilmiş ərazilərdə istifadə olunmaq üçün 16,676 milyon manat dəyərində elektrik mühərrikli avtobuslar alır.

Report-un məlumatına görə, nəqliyyat vasitələrinin alınması birbaşa satınalma yolu ilə həyata keçirilib.

Şərtlərə əsasən, avtobuslar İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi Sumqayıt Sənaye Parkının rezidenti – Çinin BYD markalı avtobuslarının yığımı ilə məşğul olan “Azerbaijan Energy Automotive Factory” MMC-dən alınacaq.

Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory”yə rezident statusu bu ilin martında Çinin BYD şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində verilib. Müəssisə 12 metr uzunluğunda “K9UD” model avtobuslar istehsal edir və illik gücü 500 ədəd avtobus təşkil edir.

İlkin mərhələdə istehsal olunacaq elektrik mühərrikli avtobuslar ölkənin daxili tələbatını qarşılamaq üçün istifadə ediləcək, növbəti mərhələdə isə ixracı planlaşdırılır.