2025-ci ildə vəfat edən sənət və mədəniyyət nümayəndələrinin siyahısı açıqlanıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin sonuna doğru sənət və mədəniyyət aləmi bir çox tanınmış simasını itirib. İl ərzində müxtəlif xəstəliklər, qəfil səhhət problemləri və digər səbəblərlə dünyasını dəyişən tanınmış şəxslərin siyahısı aşağıdakı kimidir:

Yanvar ayında aktyor Azər Baxşəliyev uzun müddət mübarizə apardığı böyrək çatışmazlığı səbəbindən vəfat edib. Onun bir qız övladı var idi.

Həmin ay aktrisa Çimnaz Sultanova da uzun müddət gizli saxladığı xərçəng xəstəliyinə yenik düşüb.

Əməkdar artist Cabir İmanov sentyabrda idman zalında olarkən qəfil ürəktutmasından dünyasını dəyişib. Aktyorun dörd övladı var idi.

82 yaşlı Xalq yazıçısı Elçin Əfəndiyev bu il itirdiyimiz ən tanınmış qələm sahiblərindən biri olub.

Xalq artisti, xanəndə Arif Babayev isə uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

Xalq artisti Roza Cəlilova noyabrda 96 yaşında dünyasını dəyişib.

Xalq artisti, tarzən Ramiz Quliyev    bu il dünyasını dəyişib.

Əməkdar artist Vahid Əliyev də noyabr ayında 73 yaşında vəfat edib.

Xalq artisti Əminə Yusifqızı, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bu il dünyasını dəyişən sənət adamları arasındadır.

Aktrisa Çimnaz Sultanova bu ilin yanvarında vəfat edib.

Əməkdar artist Rəşad Bəxtiyarov, qəzəlxan Arif Buzovnalı (Arif Əliyev) və keçmiş səhiyyə naziri Oqtay Şirəliyev də bu il vəfat edənlər siyahısındadır.

Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev, Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev, Xalq artisti Ənvər Həsənov da 2025-ci ildə itirdiklərimiz sırasındadır.

Əməkdar artist Akif Mirabov vəfat edib | AzPolitika — onlayn siyasi-ictimai  qəzet

SSRİ Xalq artisti Tamilla Şirəliyeva, hərbi jurnalist Şəmistan Nəzirli, Xalq artisti Hacı Murad Yagizarov, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov sənət dünyasında böyük boşluq yaradaraq bu il dünyadan köçüblər.

qaynarinfo.az

Hərbi jurnalist və yazıçı Şəmistan Nəzirli dəfn edildi

Xalq artisti Hacı Murad Yagizarov Bakıda dəfn ediləcək - YENİLƏNDİ

Zaur Məhərrəmov vəfat etdi

Şair Məmməd İsmayıl, yazıçı Vidadi Babanlı, aktyor Əlvan Fərmanoğlu, fleytaçı Telman Hacıyev, gənc şair və Vətən müharibəsi iştirakçısı Həsən Kür, bəstəkar Ruslan Əhmədoğlu, “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyeva da il ərzində vəfat edənlər arasındadır.

Şair Məmməd İsmayıl vəfat edib

Yazıçı Vidadi Babanlı vəfat edib - AZƏRTAC

Ayağı amputasiya olunan aktyor vəfat etdi

Telman Hacıyev vəfat etdi

Ruslan Əhmədoğlu vəfat etdi

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli isə Yasamalda baş verən yanğın nəticəsində faciəli şəkildə həyatını itirib.

Azərbaycan mədəniyyəti və incəsənətinə dəyərli töhfələr vermiş bu isimlərin xatirəsi ehtiramla anılır.