Azərbaycan.media xəbər verir ki, motosiklet və mopedlərin uzunluq və ya eninə görə qabaritlərini 0,5 metrdən artıq aşan, həmçinin nəqliyyat vasitəsinin idarə olunmasına mane olan yüklərin daşınması qadağan olunacaq. Bu müddəa Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
