Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 8-də Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrininin adından təşkil olunan rəsmi ziyafətdə çıxışı zamanı Slovakiyanın Qarabağın yenidən qurulmasına göstərdiyi dəstəyə görə təşəkkür edib.
Dövlət başçısı bildirib ki, hazırda inşası davam edən “Ağıllı kənd” layihəsi Slovakiyanın işğaldan azad edilmiş ərazilərin bərpasında qazandığı uğurun rəmzinə çevriləcək:
“Bu kənd 851 ev və 10 yaşayış binasından, həmçinin məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət olacaq. Bu, Slovakiyanın nailiyyətlərinin və əbədi dostluğumuzun təzahürüdür”.
Prezident qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın bu gün bir nömrəli hədəfidir:
“Slovakiya yalnız bərpa işlərində deyil, həm də minalardan təmizləmə sahəsində bizə mühüm yardım göstərir”.
