Azərbaycan.media xəbər verir ki, müğənni Rəvan Qarayev bacısının musiqi fəaliyyətinə başlaması ilə bağlı səmimi açıqlamalar verib. O, “Tarixin bir günü” verilişində bacısının sənət yoluna qədəm qoymasının əvvəlcə əleyhinə olduğunu, lakin ailə daxilində verilən qərara hörmət etdiyini bildirib.
Müğənni deyib ki, bacısının həyat yoldaşı qərarın arxasında dayandığını açıq şəkildə ifadə edib:
“Mən dəstəkləsəydim, bacım 10 il əvvəl efirə çıxardı. Amma bacımın əri mənə zəng edib ‘Bu, mənim ailəmdir, xahiş edirəm, heç kim qarışmasın. Mən icazə verirəm, arxasında da özüm dayanmışam’ dedi. Hər bir işini də özü görür”.
Rəvan əlavə edib ki, bacısına daim məsləhətlər verir, xüsusilə də özünün keçmiş səhvlərini təkrarlamamasını tövsiyə edir:
“Yenə də başa salıram ki, mənim etdiyim səhvləri etməsin, hər çağırılan yerə getməsin. Birlikdə çağıranda hörmətsizlik etmirik, eyni efirə çıxırıq”.
Onun sözlərinə görə, bacısı hazırda yeni mahnılar üzərində işləyir və müəyyən müddətdir efirlərə çıxmır:
“Bacımla bir duetimiz var, ikincini də yazdıracağıq. O, indi efirlərə çıxmır, yeni mahnılar hazırlayır”.
