Azərbaycan.media xəbər verir ki, Rusiyada orta rüşvət məbləği təxminən 1 milyon rubl (təxminən 22 min manat) təşkil edir. Bu barədə ölkənin Baş prokuroru Aleksandr Qutsan TASS-a açıqlama verib.
Baş prokurorun sözlərinə görə, rəqəm bu il aşkarlanan rüşvətxorluq faktlarının təhlili əsasında müəyyən olunub. Qeyd edilib ki, rüşvətlə bağlı cinayətlər ümumi korrupsiya cinayətlərinin 60 faizini təşkil edir.
Məlumata əsasən, orta rüşvət məbləği əvvəlki illərlə müqayisədə ciddi şəkildə artıb. Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin statistikasına görə, son illərdə ən geniş yayılmış rüşvət 10 min rubl səviyyəsində olub.
2024-cü ildə ən çox rast gəlinən rüşvət məbləğləri 10–50 min rubl aralığında qeydə alınıb.
Oxundu: 9
