Yaponiyanın şimalında 7,5 bal gücündə zəlzələ: 39 nəfər yaralanıb

Azərbaycan.media xəbər verir ki, dekabrın 8-də gecə Yaponiyanın şimalında, Aomori adasının şərq hissəsində 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Yaponiya Milli Meteorologiya İdarəsi yayıb.

Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 39 nəfər xəsarət alıb. Regional hökumət bildirib ki, yaralananlardan 36-sı Aomori prefekturasının, 3-ü isə İvate prefekturasının sakinləridir.

Hadisə nəticəsində ölən və ya itkin düşənlərin olmadığı qeyd olunub.