Paşinyan yeni müşavir təyin etdi

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni müşavir təyin edib. Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Dövlət qulluğu haqqında” Qanunun 8-ci maddəsinin 10-cu hissəsinə əsasən, Anjela Kjdryan Baş nazirin ictimai əsaslarla müşaviri vəzifəsinə təyin olunub.