Anar: “Həsən bəy Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür”

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda maraqlı fikir səsləndirib.

O bildirib ki, İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsi hazırda restoran kimi fəaliyyət göstərir və həmin binanın qarşısında yerləşən Həsən bəy Zərdabinin heykəli xoşagəlməz görüntü yaradır: “İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün”.