İki regional kollecə yeni direktor müavinləri təyin edildi

Azərbaycan.media xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Masallı Dövlət Regional Kollecinə və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinə yeni tədris işləri üzrə direktor müavinləri təyin olunub.

Məlumata görə, Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

Asim Yusifov bu təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.

Mərdan Əlizadə isə bundan əvvəl müxtəlif məktəblərdə müəllim kimi çalışıb.