Masazırda ağır qəza: Qurbanəli Əlizadənin görüntüləri yayıldı

Azərbaycan.media xəbər verir ki, ötən gecə Masazırda baş verən yol-nəqliyyat hadisəsində həlak olan Qurbanəli Əlizadənin və ona məxsus avtomobilin görüntüləri yayılıb.

Məlumata görə, Qurbanəli Əlizadənin idarə etdiyi “BMW” markalı avtomobil “Hyundai” ilə toqquşub. Toqquşmadan sonra “BMW” alovlanıb. Avtomobildə olan 3 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Hadisə zamanı Qurbanəli Ağa oğlu Əlizadə aldığı xəsarətlərdən dünyasını dəyişib, digər iki şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Mərhumun və avtomobilinin fotoları yayılıb.