Emin Əmrullayev: “Azərbaycan dilinin tədrisində mühüm məsələlər özünü göstərir”

Azərbaycan.media xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda Azərbaycan dilinin tədrisi ilə bağlı mühüm məsələlərə toxunub.

Nazir bildirib ki, dilin müasir məzmunda çatdırılması üçün vacib istiqamətlər mövcuddur: “Əsas məqsəd dilin tədrisinin düzgün və effektiv şəkildə həyata keçirilməsidir. Şagirdlərin yüklənməsinin qarşısının alınması üçün müəyyən alətlər tətbiq edilir. Biz 6 yaşlı uşaqlardan Azərbaycan dilində daha yüksək səviyyədə danışmaq və oxumağı tələb edə bilmərik. Buna baxmayaraq, nazirlik dilin tədrisinin genişləndirilməsi üçün dərs saatlarının artırılması istiqamətində proqramlar hazırlayıb”.

Emin Əmrullayevin sözlərinə görə, dilin tədrisində əsas məsuliyyət müəllimlərin üzərinə düşür: “Sertifikasiyaların keçirilməsi nəticəsində öz ixtisasını bilməyən müəllimlərlə əmək münasibətlərinə xitam verilib. İbtidai sinif müəllimi həm də Azərbaycan dilini tədris etdiyi üçün bu istiqamətə xüsusi önəm verilir”.