Milli Məclisdə Azərbaycan dilinin inkişaf strategiyasına həsr edilən konfrans keçirilir

Azərbaycan.media xəbər verir ki, Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans işə başlayıb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digər rəsmilər iştirak edir.