Azərbaycan.media xəbər verir ki, Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Həmçinin avtomobildə olan qadın yaralı halda xəstəxanəyə aparılsa da, təcili tibbi yardım avtomobilində yol üstündə həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
