Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bəstəkar Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə görə ali mükafata layiq görülüb.
