Azərbaycan.media xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac dəyəri son 5 ildə 43%, son 10 ildə isə 2,9 dəfə artıb.
Bu barədə kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Gömrük Biznes Forumu 2025” tədbirində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk 10 ayında kənd təsərrüfatı məhsulları üzrə ixracın dəyəri 875,1 milyon ABŞ dollarına çatıb. Əsas ixrac məhsulları meyvə (57%), tərəvəz (23%) və pambıq lifi (16%) olub.
Zaur Əliyev qeyd edib ki, 2024-cü ildə kənd təsərrüfatı məhsullarının idxalı 1,08 milyard ABŞ dolları, ixracı isə 948 milyon ABŞ dolları təşkil edib.
Oxundu: 10
