Xalq artisti Azərin Türkiyədə əməliyyat olundu – Səhhəti ilə bağlı açıqlama verdi

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Azərin Türkiyədə əməliyyat olunub.

Müğənni sosial şəbəkə hesabında paylaşdığı məlumatda səhhəti ilə bağlı ağır günlər keçirdiyini bildirib: “Həyat bir imtahandır və hər birimiz müəyyən zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemləri səbəbindən çətin bir dövr yaşadım və əməliyyat olunmaq qərarı verdim. Bu gün artıq özümü yaxşı hiss edirəm”.

Azərin çətin günlərində onu tək qoymayan hər kəsə təşəkkür edib, xüsusilə də yaxın dostu Fulya Öztürkün adını qeyd edərək ona dərin minnətdarlığını bildirib.