Azərbaycanda kompüter istehsalında kəskin artım — 10 ayın rəqəmləri açıqlanıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 25 463 ədəd noutbuk istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23 827 ədəd və ya 15,6 dəfə çoxdur.

Hesabat dövründə ölkədə 2 847 ədəd stolüstü kompüter də istehsal edilib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 783 ədəd və ya 2,7 dəfə çoxdur.

Qeyd edilir ki, 2025-ci ilin yanvar–oktyabr aylarında kompüter, elektron və optik məhsulların, həmçinin elektrik avadanlıqlarının istehsalı sahələrində ümumilikdə 253,4 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin eyni dövrünə nisbətən elektrik avadanlıqlarının istehsalı 11,6 faiz azalsa da, kompüter, elektron və optik məhsulların istehsalı 98,4 faiz artıb.